Gürcüstanda vətəndaşların banklardakı əmanətləri azalıb

Gürcüstanda vətəndaşların banklardakı əmanətləri azalıb Gürcüstan bank sektorunda qeyri-bank depozitlərinin ümumi həcmi fevral ayında 2024-cü ilin yanvar ayının sonu ilə müqayisədə 0,36 % və ya 182,62 milyon lari (məzənnə təsiri nəzərə alınmadan əmanətlərin həcmi 0,08 % artıb) azalaraq 50,5 milyard lari təşkil
Maliyyə
26 Mart , 2024 15:06
Gürcüstanda vətəndaşların banklardakı əmanətləri azalıb

Gürcüstan bank sektorunda qeyri-bank depozitlərinin ümumi həcmi fevral ayında 2024-cü ilin yanvar ayının sonu ilə müqayisədə 0,36 % və ya 182,62 milyon lari (məzənnə təsiri nəzərə alınmadan əmanətlərin həcmi 0,08 % artıb) azalaraq 50,5 milyard lari təşkil edib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Milli Bankın məlumatında deyilir.

Fevralda müddətli əmanətlərin həcmi 203,8 milyon lari və ya 0,96 % azalıb (məzənnə təsiri nəzərə alınmadan 0,57 % azalıb), tələbsiz depozitlər isə 21,18 milyon lari və ya 0,07 % artıb (0,56 %)

Məcmu qeyri-bank depozitlərinin larizasiya əmsalı ay ərzində 0,07 faiz bəndi (0,29 faiz bəndi) azalaraq fevral ayının sonuna 50,16 % təşkil edib.

Müddətli əmanətlər üzrə bazar faiz dərəcəsi 7,51 % təşkil edib. O cümlədən, milli valyutada əmanətlər üzrə bazar faiz dərəcəsi 10,08 %, xarici valyutada əmanətlər üzrə bazar faiz dərəcəsi isə 1,99 % təşkil edib.

Xarici valyutada olan əmanətlərin ümumi həcmində ABŞ dollarının payı 78,58 %, avronun payı isə 19,86 % təşkil edir



Son xəbərlər

Orphus sistemi