Gürcüstanda orta maaş 400 dolları keçib
Maliyyə
- 15 sentyabr, 2021
- 07:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin II rübündə Gürcüstanda orta aylıq nominal əməkhaqqı illik müqayisədə 15,5 % artaraq 1 328 lari (427,7 ABŞ dolları) olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Sənədə əsasən, aprel-iyunda ən yüksək maaşı - 2 355 lari (758 dollar) olmaqla maliyyə və sığorta sahəsində çalışanlar alıb.
İnformasiya və kommunikasiya (2 173 lari/699 dollar), tikinti (2 006 lari/646 dollar) və peşə, elmi və texniki fəaliyyət (1 920 lari/618 dollar) sahələrində də yüksək əmək haqları ödənilib.
Hesabat dövründə qonşu ölkədə kişilərin orta aylıq maaşı 1 560 lari (502 dollar), qadınlarınkı isə 1 078 lari (347 dollar) təşkil edib.
Son xəbərlər
17:22
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib
Digər
17:22
UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub
Futbol
17:20
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15 % artıb
Maliyyə
17:19
ADY: Çindən alınacaq elektrik qatarları əsasən Bakı–Qazax yolunda istismar olunacaq
İnfrastruktur
17:16
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Fərdi
17:11
Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 12 %-dən çox artıb
Maliyyə
17:10
Biləsuvarda əmək yarmarkası keçirilib
Sosial müdafiə
17:06
Foto
Süni intellekt, innovasiyalar və medianın gələcəyi müzakirə olunub
Media
17:03
UKMTO Ədən körfəzində ticarət gəmilərinə yaxınlaşan şübhəli gəmilər barədə xəbərdarlıq edib
Digər ölkələr