Gürcüstanda bu il iqtisadi artımı 4%-i üstələyəcək
- 21 iyul, 2017
- 15:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 iyul. REPORT.AZ/ Gürcüstanda ÜDM artımı 2017-ci ildə 4%-i ötə bilər.
"Report" "İnvesting.ru" saytına istinadən xəbər verir ki, bu proqnozla baş nazirin birinci müavini, maliyyə naziri Dimitri Kumsişvili çıxış edib.
"İlk yarım ildə ÜDM artımı xeyli müsbət olub. İlk 5 ayda ölkə iqtisadiyyatı 4,5% artıb. Qarşıdakı aylarda bu tendensiyanın qorunacağını düşünürük. İlin yekununda 4% həddini ötəcəyimizi ehtimal edirik", - nazir deyib.
Xatırladaq ki, Qürcüstan 2015-cı ildə iqtisadi artım 2,9%, 2016-cı ildə 2,7% olub.
"Global Finance" jurnalının proqnozlarına görə, Gürcüstanda ÜDM bu ilin sonuna 15,7 mlrd. dollar, adambaşına ÜDM-in isə 4 253,9 dollar təşkil edəcək.
Xatırladaq ki, Azərbaycanın 2016-cı il ÜDM 34 mlrd. dollar, adambaşına ÜDM isə 3 523 dollar olub.