Gürcüstan uçot dərəcəsini artırıb

Gürcüstan uçot dərəcəsini artırıb Lari son iki həftədə 3% ucuzlaşıb
Maliyyə
2 May , 2017 15:52
Gürcüstan uçot dərəcəsini artırıb

Bakı. 2 may. REPORT.AZ/ Gürcüstan Mərkəzi Bankı bu gün keçirdiyi iclasda uçot dərəcəsini 6,75%-dən 7%-ə qaldırıb. 

"Report" "Investing.ru" saytına istinadən xəbər verir ki, buna səbəb inflyasiyanın sürətlənməsi göstərilib.

Mart ayında aylıq müqayisədə Gürcüstanda 0,5% deflyasiya qeydə alınsa da, illik inflıyasiya 5,4%-ə çatıb. Qeyd edək ki, ötən ilin analoji dövründə illik inflyasiya 4,1% təşkil edib.

Gürcüstan Mərkəzi Bankının növbəti iclası iyun ayının 14-də keçiriləcək. "Report" xəbər verir ki, son 2 həftədə Gürcüstan milli valyutası - lari ABŞ dolları ilə müqayisədə 3% ucuzlaşıb və hazırda məzənnə 3,44 GEL/USD-yə çatıb.

Son xəbərlər

Orphus sistemi