Gürcüstan neft və qaz idxalını artırıb

Gürcüstan neft və qaz idxalını artırıb Bu ilin yanvar-aprel aylarında Gürcüstan ümumi dəyəri 196,7 milyon ABŞ dolları dəyərində neft və neft yağları idxal edib
Maliyyə
19 May , 2021 11:58
Gürcüstan neft və qaz idxalını artırıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstan ümumi dəyəri 196,7 milyon ABŞ dolları dəyərində neft və neft yağları idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Sənədə əsasən, məhsullarının həcmində illik müqayisədə 14,9 % artım qeydə alınıb. Hesabat dövründə neft və neft yağları 7,2 % payla qonşu ölkənin əsas idxal məhsulları arasında minik avtomobillərindən sonra II yeri tutub.

İlk dörd ayda Gürcüstan ümumi dəyəri 148,5 milyon ABŞ dolları olan təbii qaz da tədarük edib. Bu, ötən ilin eyni dövrünə nisbətdə 7,5 % çoxdur. Qeyd olunan məhsul 5,4 % payla qonşu ölkənin IV əsas idxal məhsulu olub.

Son xəbərlər

Orphus sistemi