Gürcüstan Milli Bankı uçot dərəcəsini sabit saxlayıb

Gürcüstan Milli Bankı uçot dərəcəsini sabit saxlayıb Bu gün Gürcüstan Milli Bankının Monetar Siyasət Komitəsinin növbəti iclası keçirilib.
Maliyyə
29 Yanvar , 2020 12:33
Gürcüstan Milli Bankı uçot dərəcəsini sabit saxlayıb

Bu gün Gürcüstan Milli Bankının Monetar Siyasət Komitəsinin növbəti iclası keçirilib. 

“Report”un Gürcüstan bürosu xəbər verir ki, iclasda uçot dərəcəsinin 9% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub. 

Tənzimləyici qurum bəyan edib ki, ötən ay Gürcüstanda illik inflyasiya 7% təşkil edib, nominal effektiv məzənnənin azalması və digər amillər inflyasiyaya əhəmiyyətli təsir göstərib. Bu ildən qiymət artımının illik tempinin azalacağı gözlənilir. 

Monetar Siyasət Komitəsinin növbəti iclası martın 18-də keçiriləcək.

Qeyd edək ki, Gürcüstan Milli Bankı qonşu ötən ilin sentyabr ayından başlayaraq pul siyasətini sərtləşdirməyə başlayıb, uçot dərəcəsini 6,5%-dən 9%-ə çatdırıb. 

Son xəbərlər

Orphus sistemi