Gürcüstan Milli Bankı uçot dərəcəsini artırıb

Gürcüstan Milli Bankı uçot dərəcəsini artırıb Gürcüstanın Milli Bankı (GMB) uçot dərəcəsini 0,5 faiz bəndi artıraraq 10,5%-dən 11%-ə çatdırıb.
Maliyyə
30 Mart , 2022 12:26
Gürcüstan Milli Bankı uçot dərəcəsini artırıb

Gürcüstanın Milli Bankı (GMB) uçot dərəcəsini 0,5 faiz bəndi artıraraq 10,5%-dən 11%-ə çatdırıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərarı qurumun Pul Siyasəti Komitəsi qəbul edib.

GMB bəyan edib ki, son vaxtlar baş verən hadisələr, xüsusən də Rusiyanın Ukraynaya müdaxiləsi və hərbi əməliyyatlar pandemiyadan sonra dünya iqtisadiyyatının bərpası qarşısında yeni çağırışlar qoyub. Yeni şok fonunda inflyasiya risklərinin güclənməsi dünyada inflyasiyasının proqnozlaşdırılan azalma templerini ləngidib. Gürcüstanda fevral ayında illik inflyasiya 13,7 % təşkil edib və mart ayından etibarən bu göstəricinin azalacağı gözlənilir.

Rusiyaya qarşı tətbiq olunan sanksiyalar və tədarükün məhdudlaşdırılması səbəbindən dünya bazarlarında müəyyən kateqoriyaya daxil olan məhsulların qiyməti xeyli artıb. İlk növbədə, neftin qiymətinin artması fonunda yanacağın kəskin bahalaşmasının inflyasiyaya ciddi təsir edəcəyi gözlənilir.

GMB cari iqtisadi prosesləri izləyəcəyini, maliyyə bazarlarına nəzarəti davam etdirəcəyini və qiymətlərin sabitlyini təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə edəcəyini bildirib.

Pul siyasəti Komitəsinin növbəti toplantısı mayın 11-nə təyin olunub.

Son xəbərlər

Orphus sistemi