Gürcüstan Milli Bankı: Bu il iqtisadiyyatımız 5% azalacaq

Gürcüstan Milli Bankı: Bu il iqtisadiyyatımız 5% azalacaq "Gürcüstan iqtisadiyyatının bu il 5% kiçiləcəyi ilə bağlı proqnoz kifayət qədər realdır".
Maliyyə
9 Dekabr , 2020 12:51
Gürcüstan Milli Bankı: Bu il iqtisadiyyatımız 5% azalacaq

"Gürcüstan iqtisadiyyatının bu il 5% kiçiləcəyi ilə bağlı proqnoz kifayət qədər realdır".

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Bankının sədri Koba Qvenetadze bildirib.

O, ilk 10 ayda Gürcüstan iqtisadiyyatında 5,1% azalmanın qeydə alındığını deyib: “Noyabr-dekabr aylarında da təxminən bu səviyyədə geriləmə gözlənilir”.

Baş bankirin sözlərinə görə, 2021-ci ildə ölkədə 5%-lik iqtisadi artıma nail olunacaq.

Xatırladaq ki, qonşu ölkənin 2021-ci il üzrə dövlət büdcəsində iqtisadi artım 4,3% səviyyəsində müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi