Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Maliyyə
  • 01 may, 2018
  • 10:31
Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Bakı. 1 may. REPORT.AZ/ Gürcüstan Mərkəzi Bankının (GMB) Monetar Siyasət Komitəsinin bu gün keçirilmiş iclasında (uçot) təkrar maliyyələşdirmə dərəcəsinin 7,25% saxlanılması barədə qərar qəbul edilib. 

“Report” xəbər verir ki, bu barədə GMB məlumat yayıb. 

Qurum bəyan edib ki, bu ilin I rübündə ölkədə inflyasiya 2,5% olub. İlin sonuna qədər bu rəqəmin 3% civarında olacağı proqnozlaşdırılır. Qiymət artımı zəifləyərsə, pul siyasətinin yumşaldılması məsələsinə baxıla bilər. Növbəti iclas iyunun 13-də olacaq. 

Qeyd edək ki, bu ilin mart ayında Gürcüstanda 5,6%, I rübdə isə 5,2% iqtisadi artım qeydə alınıb.