Gürcüstan kapitallı maliyyə təşkilatının rəhbəri dəyişdirilir

Gürcüstan kapitallı maliyyə təşkilatının rəhbəri dəyişdirilir S.Tetraşvilinin özü “Yelo Bank”da müşavir vəzifəsində hələ bir müddət qalacağını bildirib.
Maliyyə
28 Dekabr , 2020 13:07
Gürcüstan kapitallı maliyyə təşkilatının rəhbəri dəyişdirilir

“TBC Credit” qeyri-bank kredit təşkilatının baş direktoru Spartak Tetraşvili 5 illik səlahiyyət müddəti başa çatması və yanvar ayından “TBC Bank Uzbekistan”ın İdarə Heyəti sədri vəzifəsinə getməsi ilə əlaqədar hazırkı vəzifədən istefa verəcək.

Bu barədə “Report”a təşkilatdan bildiriblər.

S.Tetraşvilinin özü “Yelo Bank”da müşavir vəzifəsində hələ bir müddət qalacağını bildirib.

Xatırladaq ki, Gürcüstanın “TBC Bank”ına məxsus (100 faizlik pay) olan “TBC Credit” qeyri-bank kredit təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərərək daha çox kiçik və orta sahibkarlıq, istehlak və ipoteka kreditləri sahələrində çalışır. 2018-ci ildə “TBC Bank” Azərbaycandakı fəaliyyətini genişləndirmək məqsədilə “Nikoil Bank” sərmayə kommersiya bankı (hazırda “Yelo Bank”) ilə strateji tərəfdaşlıq sazişi imzalayıb. Vahid kredit qurumunda “TBC Credit”in payı 10 faiz olacaq.

Qeyd edək ki, törəmə şirkətlərilə birgə Gürcüstanın ən böyük universal bank təşkilatı olan “TBC Bank” ölkədə kredit və qeyri-bank depozitlər bazarının 40 faizinə nəzarət edir.

Son xəbərlər

Orphus sistemi