Gürcüstan iqtisadiyyatına xarici sərmayə qoyuluşu cüzi artıb

Maliyyə
  • 09 dekabr, 2021
  • 07:06
Gürcüstan iqtisadiyyatına xarici sərmayə qoyuluşu cüzi artıb

Bu ilin III rübündə Gürcüstan iqtisadiyyatına 299 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiya qoyulub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Sənədə əsasən, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 1,4 % çoxdur.

İyul-sentyabrda Gürcüstana ən çox sərmayə qoyan ölkələrin ilk üçlüyündə Böyük Britaniya (60,9 milyon dollar), Niderland (59,8 milyon dollar) və Çexiya (36 milyon dollar) yer alıb.

Hesabat dövründə investisiyaların böyük hissəsi maliyyə, energetika, istehsal, nəqliyyat, tikinti, kommunikasiya, sağlamlıq və sosial xidmətlər, mehmanxana və restoran, kənd təsərrüfatı və balıqçılıq sahələrinə yönəldilib.

44 filmi