Gürcüstan iqtisadiyyatı mayda 26% böyüyüb

Gürcüstan iqtisadiyyatı mayda 26% böyüyüb Bu ilin may ayında Gürcüstanda istehsal olunmuş Ümümi Daxili Məhsulun (ÜDM) real dəyəri ötən ilin may ayı ilə müqayisədə 25,8% çox olub.
Maliyyə
913
30 İyun , 2021 11:17
Gürcüstan iqtisadiyyatı mayda 26% böyüyüb

Bu ilin may ayında Gürcüstanda istehsal olunmuş Ümümi Daxili Məhsulun (ÜDM) real dəyəri ötən ilin may ayı ilə müqayisədə 25,8% çox olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən ötən ay iqtisadiyyatın demək olar ki, bütün sektorlarında artım müşahidə edilib. Əhəmiyyətli böyümə istehsal, maliyyə və sığorta, ticarət, daşınmaz əmlak, mehmanxana və restoranlar, tikinti, nəqliyyat və anbar təsərrüfatı sahələrində qeydə alınıb.

Yanvar-may aylarında isə qonşu ölkədə iqtisadiyyatın illik artım tempi 11,5% təşkil edib.

Son xəbərlər

Orphus sistemi