Bu ilin yanvar-avqust aylarında Gürcüstanda istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% az olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Təkcə avqust ayında isə Gürcüstanda iqtisadi azalma illik müqayisədə 5,3% az olub.
Ötən ay qonşu ölkədə mədən və karxanalar istisna olmaqla bütün iqtisadi fəaliyyət sahələrində geriləmə qeydə alınıb.