Gürcü larisi dollara qarşı möhkəmlənib
- 07 fevral, 2022
- 13:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın milli valyutası lari ABŞ dolları və avroya qarşı möhkəmlənməkdə davam edir.
“Report”un yerli bürosu xəbər verir ki, ölkənin Milli Bankı larinin dollara münasibətdə sabahkı məzənnəsini 2,9480 GEL, avroya qarşı isə 3,3669 GEL səviyyəsində müəyyən edib.
Bugünkü rəsmi məzənnə ilə müqayisədə dollar lariyə münasibətdə 0,0387 lari, avro isə 0,0579 lari ucuzlaşıb.
Yerli ekspertlər larinin möhkəmlənməsini iqtisadi artımla əlaqələndirirlər. Onların fikrincə, milli valyutanı gücləndirən iki əsas faktor - miqrantların pul köçürmələri və ixracın artırılmasıdır.
Qeyd edək ki, lari ötən həftəsonu öncəsi dollar və avroya münasibətdə əhəmiyyətli dərəcədə möhkəmlənməyə başlayıb. Xarici valyutanın dəyəri təqribən son iki ildə ilk dəfədir 3 laridən az olur. Qonşu ölkədə dolların məzənnəsi lariyə qarşı tarixdə ilk dəfə olaraq 2020-ci ilin martında 3 larini keçib.