Gürcü larisi dollar və avroya qarşı möhkəmlənib

Gürcü larisi dollar və avroya qarşı möhkəmlənib Son günlər Gürcüstanın milli valyutası olan larinin ABŞ dolları və avroya münasibətdə möhkəmlənməsi müşahidə edilir
Maliyyə
234
21 May , 2021 17:52
Gürcü larisi dollar və avroya qarşı möhkəmlənib

Son günlər Gürcüstanın milli valyutası olan larinin ABŞ dolları və avroya münasibətdə möhkəmlənməsi müşahidə edilir.

“Report”un yerli bürosu xəbər verir ki, sabah 1 ABŞ dolları 3,3056 lariyə bərabər olacaq.

Bugünkü rəsmi məzənnə ilə müqayisədə dollar lariyə qarşı 0,0481 lari ucuzlaşıb.

Avroya gəlincə, sabah bu xarici valyuta 4,0414 lari təşkil edəcək. Öncəki məzənnə 4,0895 lari idi.

Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili larinin dəyər qazanmasını iqtisadi fəaliyyətin bərpası, turizm sektorundakı müsbət gözləntilər və vaksinasiyanın sürətlənməsi ilə əlaqələndirib.

Son xəbərlər

Orphus sistemi