"Günaybank"da əhalinin əmanətləri artıb

"Günaybank"da əhalinin əmanətləri artıb "Günaybank"ın zərəri kəskin artıb
Maliyyə
1996
21 İyul , 2016 16:30
Günaybankda əhalinin əmanətləri artıb

Bakı. 21 iyul. REPORT.AZ/ "Günaybank" ASC-nin zərəri ötən ilin eyni dövrü ilə müqayisədə 8 dəfə artaraq cari ilin birinci yarısında 13 570,96 min manat təşkil edib.

"Report"un banka istinadən verdiyi xəbəər görə, bu müddətdə gəlirləri 2,9 dəfə artaraq 3 250,99 min manat, xərcləri 56,7% artaraq 1 418,77 min manata çatıb.

Cari il iyulun 1-nə bankın aktivləri 92 560,38 min manat, kredit portfeli 83 288,75 min manat, depozit portfeli 22 025,49 min manat, əhalinin əmanətləri 19 454,56 min manat olub. Əhalinn əmanətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 65,78% artıb. Əmanətlərin 6,25% və ya 1 216,51 min manatı milli valyuatada yerləşdirilib. Hesabatdan məlum olur ki, bankda əhali manatla əmanətləri azalsa da, əksinə xarici valyutada əmanətlərin həcmi artıb. 

Cari il iyulun 1-nə bankın nizamnamə kapitalı dəyişməz qalıb və 64 910,09 min manat, məcmu kapitalı 26,5%azalaraq 45 979,65 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi