“Günaybank”ın öhdəlikləri 44% artıb

Maliyyə
  • 19 iyul, 2018
  • 14:01
“Günaybank”ın öhdəlikləri 44% artıb

Bakı. 19 iyul. REPORT.AZ/ “Günaybank” ASC-nin aktivləri illik 25,9% artaraq 2018-ci il iyulun 1-nə 181 696 min manat təşkil edib.

“Report” bu barədə Bankın yarımillik maliyyə hesabatına istinadən xəbər verir.

Müştərilərə verilən kreditlərin (kreditlər üzrə mümkün zərərlər çıxılmaqla) həcmi illik müqayisədə 19,0% artaraq 123 217 min manat olub. Bildirək ki, bunun isə 15 866 min manatı xarici valyutada verilən kreditlərin payına düşüb.

2018-ci il iyulun 1-nə Bankın cəmi öhdəlikləri illik 43,8% artaraq 120 971 min manat, o cümlədən depozit portfeli 2 dəfə artaraq 86 899 min manat olub. Depozitlərin 40 148 min manatı xarici valyutada yerləşdirilib. Azərbaycan Mərkəzi Bankının (AMB) Banka qarşı tələbləri isə 2018-ci il iyulun 1-nə 6 100 min manat olub. Cari il iyulun 1-nə Bankın nizamnamə kapitalı 64 910 min manat, cəmi kapitalı 60 725 min manat təşkil edib.

Yanvar-iyun ayları ərzində Bank 616,6 min manat xalis mənfəət əldə edib ki, bu da illik müqayisədə 7,3 dəfə azdır. Bu ilin birinci yarısında bankın faiz gəliri 4 303 min manat, faiz xərcləri 2 113 min manat, qeyri-faiz gəlirləri 4 831 min manat, qeyri-faiz xərcləri 3 106 min manat təşkil edib. 

44 filmi