"Günaybank" bağlanan banklarla konsolidasiyadan imtina edib

"Günaybank" bağlanan banklarla konsolidasiyadan imtina edib Birləşməkdən imtina barədə qərar dünən keçirilən iclasda qəbul edilib
Maliyyə
102
16 Fevral , 2016 15:29
Günaybank bağlanan banklarla konsolidasiyadan imtina edib

Bakı. 16 fevral. REPORT.AZ/ "Günaybank" ASC bu il bağlanan iki bank - "Atrabank" və "Qafqaz İnkişaf Bankı" ASC-lərlə birləşmək ideyasından imtina edib.

"Report"a məlumatı Bankın Kredit İqtisad Departamentinin direktoru Sabir Ağayev təsdiqləyib. O bildirib ki, Bank bundan sonra da indiyədək olduğu kimi sərbəst fəaliyyət göstərməyi planlaşdırır. Onun sözlərinə görə, hazırda Bankın hər hansı digər bankla birləşmək niyyəti yoxdur.

"Biz özümüz tam sərbəst işləyirik. Başqa iki bank bildiyiniz kimi Mərkəzi Bank tərəfindən fəaliyyəti dayandırılan banklardır. Həmin bankların problemlərini üzərimizə götürmək istəmirik. Birləşməkdən imtina barədə qərar dünən keçirilən iclasda qəbul edilib", - deyə Departament direktoru qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl "Günaybank" ASC "Atrabank" və "Qafqaz İnkişaf Bankı" ilə birləşmək niyyəti barədə protokol imzalamışdı.

Son xəbərlər

Orphus sistemi