“Günay Sığorta”nın sədri işdən çıxıb

“Günay Sığorta”nın sədri işdən çıxıb “Günay Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Aqşin Cahangirov vəzifəsini tərk edib.
Maliyyə
24 Avqust , 2020 14:04
“Günay Sığorta”nın sədri işdən çıxıb

“Günay Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Aqşin Cahangirov vəzifəsini tərk edib.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, onu müvəqqəti olaraq İH-nin üzvü Gülnarə Cavadova əvəz edir.

Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 milyon manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Şirinovaya ("Günay Bank" ASC-nin 38,94%-lik səhmdarı), 28,06%-i isə Mahmud Məmmədova ("Günay Bank"ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi