"Günay Sığorta"nın sabiq sədri sığorta agentliyi yaradır

"Günay Sığorta"nın sabiq sədri sığorta agentliyi yaradır Agentlik Azərbaycanın bağlanmış sığorta şirkəti ilə eyni adda fəaliyyət göstərəcək
Maliyyə
134
17 May , 2017 11:56
Günay Sığortanın sabiq sədri sığorta agentliyi yaradır

Bakı. 17 may. REPORT.AZ/ "Günay Sığorta" ASC-nin İdarə Heyətinin keçmiş sədri Qəmbər Suvanverdiyev sığorta agentliyi yaradır.

Bu barədə "Report"a Q.Suvanverdiyev özü məlumat verib.

"Hazırda sığorta məhsullarının satışı ilə məşğul olacaq "Buta Sığorta Agentliyi" MMC-nin dövlət qeydiyyatına alınması ilə bağlı iş gedir. Paralel olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına da ilkin sənədləri təqdim etmişik. Çünki bu fəaliyyət növü xüsusi icazə, lisenziya tələb edir", - deyə Q.Suvanverdiyev qeyd edib.

Xatırladaq ki, Q.Suvanverdiyev "Günay Sığorta"ya qədər aktivlərini bu şirkətə satmış "Buta Sığorta" ASC-nin İdarə Heyətinə rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi