“Günay Sığorta” kreditorlarına müraciət edib

Maliyyə
  • 03 iyul, 2023
  • 12:30
“Günay Sığorta” kreditorlarına müraciət edib

Azərbaycan Mərkəzi Bankının iyunun 24-də lisenziyasını ləğv etdiyi “Günay Sığorta” ASC kreditorlarına müraciət edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Müraciətdə deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti küçəsi, ev 75C ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11,1 milyon manatdır. Şirkətin səhmlərinin 49,9 %-i Yeganə Şirinovaya, 28,48 %-i Mahmud Məmmədova, 21,62 %-i isə ləğv prosesində olan "Günay Bank" ASC-yə məxsusdur. Bu il mayın 16-da Bankın lisenziyası ləğv olunduqdan sonra "Günay Sığorta"nın fəaliyyətində çətinliklər yaranmışdı.