Azərbaycanın daha bir sığorta şirkəti kapitalını artırır

Azərbaycanın daha bir sığorta şirkəti kapitalını artırır "Günay Sığorta" nizamnamə kapitalını 34% artırır
Maliyyə
25 Dekabr , 2014 11:16
Azərbaycanın daha bir sığorta şirkəti kapitalını artırır

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Günay Sığorta" ASC-nin yeni səhm buraxılışı qeydiyyata alınıb.

"Report"un QKDK-yə istinadən verdiyi xəbərə görə, emissiyanın ümumi həcmi hər bir notun nominal dəyəri 1 000 manat olmaqla 2,3 mln. manat təşkil edir.

Səhmlər kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında yerləşdiriləcək.

Qeyd edək ki, yerləşdirmə nəticəsində şirkətin nizamnamə kapitalı 34,3% artaraq 9 mln. manata çatdırılacaq. 

Son xəbərlər

Orphus sistemi