“Günay Bank” ötən ili mənfəətlə başa vurub
- 24 yanvar, 2023
- 11:34
Yeniliklərdən dərhal xəbərdar olun!
“Günay Bank” ASC 2022-ci ili 490 min manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank 2021-ci ildən 410 min manat mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “Günay Bank”nın gəlirləri 23,985 milyon manat (əvvəlki illə müqayisədə 11,6 % çox), xərcləri 21,76 milyon manat (14,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,547 milyon manat (27% az), mənfəət vergisi ödəmələri isə 186 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.
Bu il yanvarın 1-nə “Günay Bank”ın aktivləri 281,318 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,7 % çoxdur. Bunun 179,702 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,2 % böyüyüb.
Hesabat dövründə "Günay Bank"ın öhdəlikləri 12% artaraq 213,766 milyon manata, o cümlədən depozit portfeli 19,1 % artaraq 111,406 milyon manata, balans kapitalı isə 3 % artaraq 67,552 milyon manata çatıb.
Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 58,22 %-i Mahmud Məmmədova (Bankın Müşahidə Şurasının sədri, "Günay Sığorta" ASC-nin 32,45 %-lik səhmdarı), 41,15 %-i Yeganə Şirinovaya (“Günay Sığorta”nın 67,55 %-lik səhmdarı), 0,63 %-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.