“Günay Bank” ötən ili mənfəətlə başa vurub

“Günay Bank” ötən ili mənfəətlə başa vurub “Günay Bank” ASC 2020-ci ili 408 min manat mənfəətlə başa vurub.
Maliyyə
28 Yanvar , 2021 12:02
“Günay Bank” ötən ili mənfəətlə başa vurub

“Günay Bank” ASC 2020-ci ili 408 min manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 5,3 dəfə azdır.

Ötən il “Günay Bank”ın gəlirləri 18,588 milyon manat (illik müqayisədə 9,5% az), xərcləri 16,641 milyon manat (3,2% az), xüsusi ehtiyatlara ayırmaları isə 1,54 milyon manat (31,8% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Günay Bank”ın aktivləri 245,043 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13,6% çoxdur. Bunun 170,654 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 24,1% böyüyüb.

Hesabat dövründə “Günay Bank”ın öhdəlikləri 18,9% artaraq 179,965 milyon manata, o cümlədən depozit portfeli 15,8% artaraq 94,489 milyon manata, balans kapitalı isə 1,1% artaraq 65,078 milyon manata çatıb.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

Son xəbərlər

Orphus sistemi