“Günay Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 05 may, 2022
  • 05:00
“Günay Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 28-də, saat 10:00-da “Günay Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Banka məxsus Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 45 ünvanında yerləşən inzibati binada olacaq.

İclasın gündəliyinə "Günay Bank"ın kənar auditorunun təsdiqlədiyi və Audit Komitəsinin tövsiyyə etdiyi 2021-ci il üzrə maliyyə hesabatının təsdiq edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 54,35%-i Mahmud Məmmədova (Bankın Müşahidə Şurasının sədri, "Günay Sığorta" ASC-nin 32,45%-lik səhmdarı), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta”nın 67,55%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.