“Günay Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

“Günay Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək Oktyabrın 23-ü, saat 10:00-da “Günay Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Maliyyə
313
17 Sentyabr , 2020 09:16
 “Günay Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

Oktyabrın 23-də, saat 10:00-da “Günay Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3a ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Günay Bank"ın Müşahidə Şurasının tərkibinə baxılması və təsdiq edilməsi, 2020-ci ilin I yarımili üzrə maliyyə hesabatının təhlil olunması və digər məsələlər daxildir.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur. 

Orphus sistemi