“Günay Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 18 aprel, 2023
  • 04:51
“Günay Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

Mayın 19-da, saat 10:00-da “Günay Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Banka məxsus Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 45 ünvanında yerləşən inzibati binada olacaq.

İclasın gündəliyinə "Günay Bank"ın Müşahidə Şurasının və İdarə Heyətinin tərkibinə baxılması və təsdiq edilməsi, eləcə də bankın kənar auditorunun təsdiqlədiyi və Audit Komitəsinin tövsiyyə etdiyi 2022-ci il üzrə maliyyə hesabatının təsdiq edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 58,22 %-i Mahmud Məmmədova (Bankın Müşahidə Şurasının sədri, "Günay Sığorta" ASC-nin 28,48 %-lik səhmdarı), 41,15 %-i Yeganə Şirinovaya (“Günay Sığorta”nın 49,9 %-lik səhmdarı), 0,63 %-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

44 filmi