“Günay Bank”ın mənfəəti 2 dəfədən çox azalıb

Maliyyə
  • 23 iyul, 2022
  • 08:38
“Günay Bank”ın mənfəəti 2 dəfədən çox azalıb

“Günay Bank” ASC bu ilin I yarısını 88 min manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 629 min manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, bu il bankın vergiyəqədərki mənfəəti 275 min manat olub, ötən ilin eyni dövründə isə 629 min manat təşkil edib. İl ərzində 2,3 dəfə azalma müşahidə olunub.

Yanvar-iyun aylarında “Günay Bank”nın gəlirləri 10,585 milyon manat (illik müqayisədə 2,9 % az), xərcləri 10,045 milyon manat (9,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 266 min manat (4,1 dəfə az), mənfəət vergisi ödəmələri isə 187 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.

Bu il iyulun 1-nə “Günay Bank”ın aktivləri 305,697 milyon manat olub ki, bu da illik müqayisədə 17,8 % çoxdur. Bunun 184,119 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4,2 % artıb.

Hesabat dövründə "Günay Bank"ın öhdəlikləri 23,8 % artaraq 239,874 milyon manat, o cümlədən depozit portfeli 17,3 % artaraq 133,638 milyon manata, balans kapitalı isə 0,1 % artaraq 65,823 milyon manata çatdırılıb.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 54,35 %-i Mahmud Məmmədova (Bankın Müşahidə Şurasının sədri, "Günay Sığorta" ASC-nin 32,45 %-lik səhmdarı), 40,05 %-i Yeganə Şirinovaya (“Günay Sığorta”nın 67,55 %-lik səhmdarı), 2,67 %-i Günay İldırımzadəyə, 2,31 %-i Xanım Məmmədovaya, 0,63 %-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

44 filmi