"Günay Bank"ın depozit portfeli 1 % azalıb

Maliyyə
  • 27 yanvar, 2022
  • 06:40
Günay Bankın depozit portfeli 1 % azalıb

“Günay Bank” ASC 2021-ci ili 410 min manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 0,5% çoxdur.

Ötən il “Günay Bank”ın gəlirləri 21,49 milyon manat (əvvəlki illə müqayisədə 15,6% çox), xərcləri 18,962 milyon manat (13,9% çox), xüsusi ehtiyatlara ayırmaları 2,118 milyon manat (37,5% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Günay Bank”ın aktivləri 256,469 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,7% çoxdur. Bunun 179,38 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə Bankın kredit portfeli 5,1% böyüyüb.

Hesabat dövründə “Günay Bank”ın öhdəlikləri 6,1% artaraq 190,854 milyon manat, o cümlədən depozit portfeli 1% azalaraq 93,561 milyon manat, balans kapitalı isə 0,8% artaraq 65,616 milyon manat olub.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 54,35%-i Mahmud Məmmədova (Bankın Müşahidə Şurasının sədri, "Günay Sığorta" ASC-nin 32,45%-lik səhmdarı), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta”nın 67,55%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

44 filmi