“Günay Bank” I rübü mənfəətlə başa vurub

Maliyyə
  • 27 aprel, 2023
  • 07:06
“Günay Bank” I rübü mənfəətlə başa vurub

“Günay Bank” ASC bu ilin I rübünü 277 min manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 577 min manat xalis zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, yanvar-mart aylarında “Günay Bank”nın gəlirləri 5,551 milyon manat (illik müqayisədə 18,9 % çox), xərcləri 5,206 milyon manat (14 % çox), xüsusi ehtiyatlara ayırmaları 67 min manat (86,4 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Günay Bank”ın aktivləri 274,274 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,2 % çoxdur. Bunun 181,817 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,4 % böyüyüb.

Hesabat dövründə "Günay Bank"ın öhdəlikləri 5,4 % artaraq 206,296 milyon manata, o cümlədən depozit portfeli 9,5 % artaraq 108,566 milyon manata, balans kapitalı isə 4,4 % artaraq 67,978 milyon manata çatıb.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 58,22 %-i Mahmud Məmmədova (Bankın Müşahidə Şurasının sədri, "Günay Sığorta" ASC-nin 32,45 %-lik səhmdarı), 41,15 %-i Yeganə Şirinovaya (“Günay Sığorta”nın 67,55 %-lik səhmdarı), 0,63 %-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

44 filmi