"Günay Bank" bu ilin I yarısını mənfəətlə başa vurub

"Günay Bank" bu ilin I yarısını mənfəətlə başa vurub "Günay Bank" ASC bu ilin I yarısını 618 min manat mənfəətlə başa vurub
Maliyyə
9 İyul , 2020 10:36
Günay Bank bu ilin I yarısını mənfəətlə başa vurub

"Günay Bank" ASC bu ilin I yarısını 618 min manat mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17,8% azdır.

Yanvar-iyun aylarında "Günay Bank"ın əməliyyat gəlirləri 10,7 milyon manat (illik müqayisədə 14% çox), əməliyyat xərcləri 8,2 milyon manat (0,7% çox), xüsusi ehtiyatlara ayırmaları isə 1,9 milyon manat (3,8 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə "Günay Bank"ın aktivləri 247,2 milyon manat olub ki, bu da 1 il əvvəl nisbətən 10,2% çoxdur. Bunun 154,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 18,35% böyüyüb.

Hesabat dövründə "Günay Bank"ın öhdəlikləri 12,8% artaraq 181,9 milyon manata, o cümlədən depozit portfeli 10,5% artaraq 103,3 milyon manata, balans kapitalı isə 3,7% artaraq 65,3 milyon manata çatıb.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi