“Günay Bank" bu ilin I rübünü mənfəətlə başa vurub

“Günay Bank" bu ilin I rübünü mənfəətlə başa vurub Bank rüb ərzində 879 min manat mənfəət əldə edib
Maliyyə
22 Aprel , 2021 16:39
“Günay Bank bu ilin I rübünü mənfəətlə başa vurub

“Günay Bank” ASC bu ilin I rübünü 879 min manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 18,3% azdır.

Yanvar-mart aylarında “Günay Bank”ın gəlirləri 5,781 milyon manat (illik müqayisədə 0,2% çox), xərcləri 4,382 milyon manat (7,8% çox), xüsusi ehtiyatlara ayırmaları 521 min manat (17,6% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Günay Bank”ın aktivləri 250,67 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,1% çoxdur. Bunun 170,932 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 11,4% böyüyüb.

Hesabat dövründə “Günay Bank”ın öhdəlikləri 8,2% artaraq 184,739 milyon manata, o cümlədən depozit portfeli 6% artaraq 101,808 milyon manata, balans kapitalı isə 0,6% artaraq 65,932 milyon manata çatıb.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

Son xəbərlər

Orphus sistemi