“Günay Bank”a yeni sədr təyin edilib
Maliyyə
- 10 sentyabr, 2020
- 06:50
“Günay Bank” ASC-nin İdarə Heyətinə yeni sədr təyin olunub.
“Report” Banka istinadən xəbər verir ki, bu vəzifə Baratəli Piriyevə həvalə edilib.
O, indiyə qədər “Günay Bank”ın Müşahidə Şurası (MŞ) sədrinin I müavini olub və yeni vəzifəsində Zaur Əhmədovu əvəz edib.
Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.
Son xəbərlər
16:10
Ermənilərin məhkəməsi uzun illər işğal və soyqırımı yaşamış xalqın ədalət gözləntisinin reallaşmasıdır - RƏY
Daxili siyasət16:10
Foto
Qardabanidə tarixi Marağa məscidi yenidənqurmadan sonra istifadəyə verilib
Region16:08
David Müller: "Çexiya Orta Dəhlizlə bağlı təşəbbüslərdə iştirak etmək üçün maksimum səy göstərəcək"
İnfrastruktur16:04
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı açıqlama
İKT16:02
Rəy
Mühakimə olunan müharibə caniləri – qisas qiyamətə, cinayət cəzasız qalmaz - ŞƏRH
Analitika16:02
Azərbaycan Premyer Liqasının keçmiş bombardiri I Liqa klubuna keçib
Futbol16:00
Foto
"Qarpız" yükündə gizlədilən külli miqdarda narkotik aşkar edilib
Biznes15:58
Sosial Xidmətlər Agentliyi auditor seçib
Maliyyə15:52