“Google” Fransada 500 milyon avro cərimələnib

“Google” Fransada 500 milyon avro cərimələnib Hər gecikmə gününə görə 900 min avroya kimi cərimə ödəməli olacaq
Maliyyə
13 İyul , 2021 14:18
“Google” Fransada 500 milyon avro cərimələnib

Fransanın antiinhisar tənzimləyicisi “Google” şirkətini 500 milyon avro cərimələyib.

“Report” xarici mətbuta istinadən xəbər verir ki, cərimə şirkətin ötən ilin aprelində çıxarılan bir neçə məhkəmə qadağalarına etinadsız yanaşmasından dolayı tətbiq edilib.

Qeyd edilir ki, “Google” bunula yanaşı KİV-lərə onların materialları üçün mükafatlandırma üzrə təkliflər haqda məlumatları təqdim etməyəcəyi təqdirdə hər gecikmə gününə görə 900 min avroya kimi cərimə ödəməli olacaq.

Son xəbərlər

Orphus sistemi