Gömrük daxilolmaları apreldə 5% azalıb

Gömrük daxilolmaları apreldə 5% azalıb Bu ilin aprel ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 356 862,2 min manat təşkil edib.
Maliyyə
8 May , 2020 17:06
Gömrük daxilolmaları apreldə 5% azalıb

Bu ilin aprel ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 356 862,2 min manat təşkil edib.

“Report” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 20,4% azalaraq 69 674,7 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1,8% artaraq 272 702,5 min manat, aksizlər üzrə daxilolmalar 34,3% azalaraq 12 475,8 min manat, yol vergisi üzrə daxilolmalar isə 40,7% azalaraq 2 009,2 min manat olub.

Son xəbərlər

Orphus sistemi