"Goldman Sachs" gələn il üçün iqtisadi artım proqnozunu artırıb

"Goldman Sachs" gələn il üçün iqtisadi artım proqnozunu artırıb ABŞ-ın Goldman Sachs bankı 2020-ci ildə qlobal iqtisadi artımla bağlı proqnozunu 0,3 faiz bəndi artıraraq 3,1%-dən 3,4%-ə çatdırıb.
Maliyyə
27 Noyabr , 2019 10:39
Goldman Sachs gələn il üçün iqtisadi artım proqnozunu artırıb

ABŞ-ın "Goldman Sachs" bankı 2020-ci ildə qlobal iqtisadi artımla bağlı proqnozunu 0,3 faiz bəndi artıraraq 3,1%-dən 3,4%-ə çatdırıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb ticarət müharibələri riskinin azalması və pul siyasətinin genişləndirilməsidir. 

"Goldman Sachs" mütəxəssisləri hesab edir ki, ayrı-ayrı ölkələr və regionlar arasında iqtisadiyyatın ən sürətli böyüməsi ABŞ-da baş verəcək. Çünki burada tələb qiymətlərin dəyişməsinə daha tez cavab verir. II yerdə "Brexit" yükü azalmış və pul siyasətini yüngülləşdirən Böyük Britaniyanın, III yerdə isə məhdud maliyyə imkanlarına görə artım tempi yavaşlayan Avropa İttifaqının qərarlaşacağı gözıənilir. 

Son xəbərlər

Orphus sistemi