"Goldman Sachs" bitkoin ticarətinin həcmini artıracaq

"Goldman Sachs" bitkoin ticarətinin həcmini artıracaq 2021-ci ilin mayında "Goldman Sachs"da kriptovalyuta ticarəti ilə məşğul olacaq şöbə təsis edilib
Maliyyə
19 İyun , 2021 10:51
Goldman Sachs bitkoin ticarətinin həcmini artıracaq

"Goldman Sachs" bankı öz fəaliyyətində məşhur kriptovalyutadan istifadə edəcək.

"Report" məlumat verir ki, bu barədə RBK xəbər yayıb.

ABŞ-ın kredit təşkilatı sahibkar Maykl Novoqartsın "Galaxy Digital" şirkəti ilə müqaviləsi çərçivəsində kriptovalyuta fyuçerslərinin ticarətini həyata keçirəcək.

Məlumata görə, "Goldman Sachs" ilk dəfədir ki, rəqəmsal valyutalar bazarında əməliyyatlar üçün kontragent xidmətlərindən istifadə edir.

Xatırladaq ki, 2021-ci ilin mayında "Goldman Sachs"da kriptovalyuta ticarəti ilə məşğul olacaq şöbə təsis edilib.

M.Novoqartsa məxsus şirkət Çikaqo Əmtəə Birjası Qrupunun fyuçers və bitkoinləri ilə ticarət əməliyyatları həyata keçirəcək.

Son xəbərlər

Orphus sistemi