“Goldman Sachs" ABŞ iqtisadiyyatı ilə bağlı proqnozunu pisləşdirib

“Goldman Sachs" ABŞ iqtisadiyyatı ilə bağlı proqnozunu pisləşdirib ABŞ-ın “Goldman Sachs” investisiya bankı bu il ölkədə ümumi daxili məhsulun (ÜDM) azalması ilə bağlı proqnozunu 4,2%-dən 4,6%-ə qaldırıb
Maliyyə
6 İyul , 2020 13:45
“Goldman Sachs ABŞ iqtisadiyyatı ilə bağlı proqnozunu pisləşdirib

ABŞ-ın “Goldman Sachs” investisiya bankı bu il ölkədə ümumi daxili məhsulun (ÜDM) azalması ilə bağlı proqnozunu 4,2%-dən 4,6%-ə qaldırıb. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Bank bu ilin III rübündə ABŞ iqtisadiyyatının böyüməsi ilə bağlı proqnozunu isə 33%-dən 25%-ə endirib. 

Gələn il isə “Goldman Sachs” ABŞ-da əvvəlki kimi 5,8% iqtisadi artım gözləyir. 

Bankın bu ilin sonuna işsizlik səviyyəsi ilə bağlı proqnozu isə 9%-dir. 

Son xəbərlər

Orphus sistemi