“GoldenPay”in xalis mənfəəti 2 dəfədən çox artıb

“GoldenPay”in xalis mənfəəti 2 dəfədən çox artıb Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət olan şirkətin aktivləri isə 31% artıb
Maliyyə
3 May , 2021 10:03
“GoldenPay”in xalis mənfəəti 2 dəfədən çox artıb

Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət olan “GoldenPay” ASC 2020-ci ili 715 min manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 2,2 dəfə çoxdur.

Ötən il “GoldenPay”ın göstərdiyi xidmətlərdən gəlirləri 5,31 milyon manat (əvvəlki ilə nisbətən 31,7% çox), xidmətlərinin maya dəyəri 3,056 milyon manat (37,6% çox), kredit zərərləri üzrə ehtiyatlara ayırmaları 4 min manat (əvvəlki il olmayıb), ümumi və inzibati xərcləri 1,094 milyon manat (18,05% az), qeyri-maddi aktivlərinin silinməsi üzrə xərcləri 207 min manat (əvvəlki il olmayıb), digər gəlirləri 11 min manat (əvvəlki il olmayıb), faiz gəlirləri 5 min manat, faiz xərcləri 29 min manat (dəyişməyib), məzənnə fərqindən gəlirləri 4 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 226 min manat (82,3% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “GoldenPay”ın aktivləri 3,02 milyon manat olub ki, bu da illik müqayisədə 30,7% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 0,3% azalaraq 1,963 milyon manata düşüb, balans kapitalı isə 3,1 dəfə artaraq 1,057 milyon manata çatıb.

Son xəbərlər

Orphus sistemi