Gələn ildən "Mastercard" Azərbaycanda yeni xidmətini təqdim edəcək
- 15 dekabr, 2021
- 10:19
"Bu ilin sonuna qədər Azərbaycanın kommersiya banklarından biri “Mastercard”ın “Moneysend” xidmətinə qoşulacaq".
“Report” xəbər verir ki, bunu “Mastercard”ın biznesin inkişafı üzrə direktoru Mithat Perköz deyib.
O, həmin bankın adını açıqlamasa da, hazırda bununla bağlı danışıqların yekunlaşmaq üzrə olduğunu qeyd edib.
“Bu gün Azərbaycanda “card-to-card” deyilən xidmətdən istifadə edilir. Bizim yeni xidmətimiz olan “Moneysend” vasitəsi ilə isə ölkədən xaricdə olan istənilən “Mastercard” kartına real vaxtda pul köçürmək mümkün olacaq", - deyə M,Perköz qeyd edib.
O, “Mastercard” vasitəsi ilə banka getmədən kredit əldə edilməsi məsələsinə də toxunub: “Biz bu məsələ ilə bağlı da Azərbaycandakı bir sıra banklara danışıqlar aparmışıq. Onlar bu məsələdə maraqlıdır. Amma qanunvericiliyin buna necə imkan verib-verməməsi və digər amilləri nəzərə almaq lazımdır. Əgər kommersiya bankları istəsə, bu xidməti də Azərbaycanda təqdim edə bilərik”.