Gələn il ARDNF-in büdcəsində 827 milyon manat kəsir yaranacağı gözlənilir

Gələn il ARDNF-in büdcəsində 827 milyon manat kəsir yaranacağı gözlənilir Gələn il Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirlərinin bu ilin proqnozu ilə müqayisədə 26,1 % az - 12 milyard 073,3 milyon manat, büdcə xərclərinin isə bu ilin proqnozu ilə müqayisədə 8,9 % çox - 12 milyard 900,2 milyon manat olacağı gözlənilir.
Maliyyə
8 Dekabr , 2023 11:45
Gələn il ARDNF-in büdcəsində 827 milyon manat kəsir yaranacağı gözlənilir

Gələn il Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirlərinin bu ilin proqnozu ilə müqayisədə 26,1 % az - 12 milyard 073,3 milyon manat, büdcə xərclərinin isə bu ilin proqnozu ilə müqayisədə 8,9 % çox - 12 milyard 900,2 milyon manat olacağı gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, 2024-cü ildə ARDNF-in gəlirlərinin 8 milyard 146,2 milyon manatını və yaxud 67,5 %-ni neft-qaz satışından əldə olunacaq xalis gəlirlər təşkil edəcək. Eyni zamanda, Fond akrhesabı ödənişlərdən 3,6 milyon manat, trazitdən 24,2 milyon manat, bonus ödənişlərindən 767,2 milyon manat, vəsaitinin idarə olunmasından isə 3 milyard 132 milyon manat gəlir əldə edəcək.

Gələn il ARDNF-in xərclərinin 12 milyard 781 milyon manatını və yaxud 99,1 %-ni dövlət büdcəsinə transfertlər təşkil edəcək. Bundan başqa, Fond "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na 33,5 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"na 47,5 milyon manat, özünün idarə edilməsinə isə 38,2 milyon manat xərcləyəcək.

Beləliklə, 2024-cü ildə ARDNF-in büdcəsində 826,9 milyon manat kəsir yaranacaq (2023-cü ilin proqnozu 4 milyard 487,5 milyon manat qalıqdır).

Son xəbərlər

Orphus sistemi