Bakı. 15 noyabr. REPORT.AZ/ Noyabrın 17-də Bakıda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri hökumətləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə komissiyanın V iclası keçiriləcək.
İqtisadiyyat və Sənaye Nazirliyindən "Report"a bildirilib ki, iclasda Azərbaycan və BƏƏ arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti, komissiyanın IV iclasından ötən dövr ərzində görülmüş işlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.
Qeyd edək ki, Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, BƏƏ tərəfdən isə bu ölkənin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mənsuridir.
BƏƏ nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulur.