Gələn həftə Bakıda mikromaliyyə konfransı keçiriləcək

Gələn həftə Bakıda mikromaliyyə konfransı keçiriləcək Oktyabrın 4-də Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Bakıda “Mikromaliyyə yol kəsişməsində: rəqəmsal erada dayanıqlı inkişaf” adlı konfrans keçirəcək.
Maliyyə
25 Sentyabr , 2019 09:44
Gələn həftə Bakıda mikromaliyyə konfransı keçiriləcək

Oktyabrın 4-də Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Bakıda “Mikromaliyyə yol kəsişməsində: rəqəmsal erada dayanıqlı inkişaf” adlı konfrans keçirəcək.

“Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, həmin gün iki ildən bir keçirilən sayca 6-cı İnvestorlar Yarmarkası da olacaq. Tədbirlər dövlət qurumlarının, xarici və yerli investorların, bankların, bank olmayan kredit təşkilatlarının, lizinq şirkətlərinin, mikromaliyyə qurumlarına xidmət göstərən şirkətlərin nümayəndələrini bir araya gətirəcək. 

Son xəbərlər

Orphus sistemi