Funt “Brexit” ətrafındakı nikbinlik ilə əlaqədar dollara qarşı möhkəmlənir

Funt “Brexit” ətrafındakı nikbinlik ilə əlaqədar dollara qarşı möhkəmlənir Britaniya-Aİ razılaşması investorları daha riskli aktivlər almağa sövq edib, bununla da daha etibarlı ABŞ dollarına təzyiq yaranıb .
Maliyyə
25 Dekabr , 2020 11:32
Funt “Brexit” ətrafındakı nikbinlik ilə əlaqədar dollara qarşı möhkəmlənir

Cümə günü səhər saatlarında Böyük Britaniya funt sterlinqi Britaniya ilə Avropa İttifaqı arasında ticarət sazişinin imzalanmasından sonra yaranmış nikbinlik səbəbindən ABŞ dollarına qarşı möhkəmlənir və 2018-ci ilin may ayından bəri ən yüksək səviyyədə qalır.

“Report” xəbər verir ki, bunu hərrac məlumatları göstərir.

Bakı vaxtı ilə saat 09:03-ə olan məlumata görə, funt sterlinqin dollara qarşı məzənnəsi öncəki bağlanışda qeydə alınmış 1,3555 səviyyəsindən 1,3581-dək artıb. Avronun dollara qarşı nisbəti isə 1,2186 səviyyəsindən 1,2199-a yüksəlib, dolların yenə qarşı məzənnəsi isə əvvəlki 103,63 səviyyəsindən 103,56-ya düşüb. Dollar indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə qarşı dolların məzənnəsi) 0,09% azalaraq 90,25 bəndə düşüb.

Xatırladaq ki, Britaniya və Aİ cümə axşamı Krallıq ölkəsinin İttifaqdan çıxışı (Brexit) üzrə ticarət razılaşması imzalayıb. Saziş 1 yanvar 2021-ci ildə qüvvəyə minəcək. London və Brüssel arasındakı danışıqlar bir neçə aydır saqqız kimi uzanırdı.

Razılaşma ilə bağlı xəbərlər investorların risk iştahını artırıb və daha riskli aktivlər almağa sövq edib, bununla da daha etibarlı ABŞ dollarına təzyiq yaranıb. Ancaq katolik Miladı ilə əlaqədar bir çox bazarların bağlanması səbəbindən cümə günü valyuta bazarlarında ticarət həcmi azdır.

Son xəbərlər

Orphus sistemi