Fransa Avrozonadan ayrılsa 180 mlrd. avro itirəcək

Fransa Avrozonadan ayrılsa 180 mlrd. avro itirəcək Avrozonadan imtina 500 min iş yerinin itirilməsinə gətirib çıxaracaq
Maliyyə
22 Fevral , 2017 20:31
Fransa Avrozonadan ayrılsa 180 mlrd. avro itirəcək

Bakı. 22 fevral. REPORT.AZ/ Fransanın Avrozonadan ayrılması durumunda ölkənin ÜDM-i 2,3% və ya 180 mlrd. avro (189 mlrd. ABŞ dolları) azalacaq. 

"Report"un "Les Echos" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə hesabat Fransanın analitik Monten İnstitutu tərəfindən yayımlanıb.

Araşdırmaya görə, ölkə kapitalının digər ölkələrə axması, vətəndaşların və şirkətlərin ucuzlaşan valyutaya etimadının azalması, bankların xaricdən maliyyələşmətə çıxışlarının məhdudlaşdırılması fransız maliyyə qurumları üçün təhlükə yaradacaq. Bundan başqa, Fransanın frank pul vahidinə geri dönməsi 500 min iş yerinin itirilməsinə yol açacaq.

Keçən həftə Fransanın Mərkəzi Bankının sədri Villerua de Qallo bildirib ki, franka qayıdış Fransanın dövlət borcunun 30 mlrd. avro (31,5 mlrd. dollar) artmasına gətirib çıxaracaq.

Qeyd edək ki, Fransada ultrasağçı "Milli cəbhə" Partiyasının lideri Marin Le Pen may ayında keçiriləcək prezident seçkilərində ən real namizəd hesab edilir. Le Pen isə dəfələrlə Fransanın Avrozonadan və avro pul vahidindən imtina etməsi gərəkdiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi