Fransa Avropanın ən bahalı fond birjası indeksinə malik ola bilər

Fransa Avropanın ən bahalı fond birjası indeksinə malik ola bilər Bu ilin əvvəlindən Fransanın fond birjası indeksi - “CAC 40”-ın bazar dəyəri 20% artaraq 2,16 trilyon avroya çatıb.
Maliyyə
8 İyul , 2021 12:48
Fransa Avropanın ən bahalı fond birjası indeksinə malik ola bilər

Bu ilin əvvəlindən Fransanın fond birjası indeksi - “CAC 40”-ın bazar dəyəri 20% artaraq 2,16 trilyon avroya çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bununla da indeks bazar dəyəri 2,42 trilyon avro olan Böyük Britaniyanın fond birjası indeksi “FTSE 100”ə yaxınlaşıb.

Xatırladaq ki, "CAC 40"ın bazar dəyəri son 10 ildə əsasən telekommunikasiya şirkətlərinin və bankların qiymətli kağızlarının hesabına formalaşıb. Bununla belə, “Louis Vuitton” kimi lüks markalar istehsalçısı “LVMH” və gözəllik məhsulları istehsalçısı “L’Oreal” indeksin dəyərinin təxminən 25%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi