Bakı. 13 dekabr. REPORT.AZ/ Dekabrın 12-də Amerika fond bazarında Dow Jones indeksində 1,79% azalma müşahidə edilib və 17 280,83 bənd təşkil edib, S&P 500 1,62% - 2 002,33 bəndədək, Nasdaq isə 1,16% - 4 653,60 bəndədək azalıb.
"Report"un xəbər verdiyi kimi, Avropa fond bazarlarında dekabrın 12-də FTSE 100 indeksi 2,49% - 6 300,63 bəndədək, Almaniya DAX-ı 2,72% - 9 594,73 bəndədək, Fransa CAC-40-ı isə 2,77% - 4 108,93 bəndədək enib.
Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,29% azalaraq 1 222,10 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,2462 dollar (+0,41%) təşkil edib.
Qərb fond indeksləri enib
Maliyyə
13 Dekabr , 2014
09:20
https://static.report.az/photo/43d6cea1-979b-4486-aceb-e22404a383f0.jpg
İngilis versiyası
USA Fund indexes fell in markets