"Fond Bazarı İştirakçılarının Assosiasiyası"nın Ümumi Yığıncağı keçirilib

"Fond Bazarı İştirakçılarının Assosiasiyası"nın Ümumi Yığıncağı keçirilib Yığıncaqda investisiya şirkətlərinin, "Bakı Fond Birjası" QSC-nin və Milli Depozit Mərkəzinin nümayəndələri iştirak edib
Maliyyə
554
7 May , 2021 15:07
Fond Bazarı İştirakçılarının Assosiasiyasının Ümumi Yığıncağı keçirilib

"Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" (AFBİA) İctimai Birliyinin videoformatda Ümumi Yığıncağı keçirilib.

"Report" bu barədə Milli Depozit Mərkəzinə (MDM) istinadən xəbər verir.

Məlumata görə, iclasda qanunvericiliyə ölkənin qiymətli kağızlar bazarının inkişafına təkan verə biləcək dəyişikliklər ilə bağlı təkliflər, təkrar bazarda keçirilən əqdlər üzrə hesablaşmalar, AFBİA-nın ekspert qruplarının yaradılması və digər cari məsələlər müzakirə edilib. Görüş zamanı gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və yekun olaraq müvafiq qərarlar qəbul edilib.

Yığıncaqda investisiya şirkətlərinin, "Bakı Fond Birjası" QSC-nin və MDM-in nümayəndələri iştirak edib.

Son xəbərlər

Orphus sistemi