"Fitch Solutions”: "Xarici sektor iqtisadi artımı iki ildə 2,6 faiz bəndi yüksəldəcək"

Maliyyə
  • 08 oktyabr, 2021
  • 11:21
Fitch Solutions”: Xarici sektor iqtisadi artımı iki ildə 2,6 faiz bəndi yüksəldəcək

Xarici ticarət sektoru 2021-2022-ci illərdə Azərbaycanın iqtisadi artıma müvafiq olaraq 1,1 və 1,5 faiz bəndi əlavə edərək dəstək mənbəyi olacaq.

“Report” xəbər verir ki, bu barədə “Fitch Solutions” şirkətinin hesabatında deyilir.

Sənədə əsasən, Azərbaycanın əksər ixrac bazarlarında, əsasən də Avropa İttifaqındakı kifayət qədər güclü iqtisadi bərpa sayəsində, ölkənin ixracı 2021-ci ilin birinci yarısında yaxşı performans göstərib.

"Nominal ifadədə, ixracat bu ilin II rübündə illik müqayisədə 73 % artarkən, idxal isə 21 % kimi daha kiçik nisbətdə böyüyüb və bu isə, daxili tələbin hələ də durğun olduğunu göstərir.

İxrac artımının 2021-2022-ci illərdə idxalı üstələməyə davam etməsini və bununla da xalis ixracatın böyüməyə müsbət təsir edəcəyini gözləyirik", - hesabatda deyilir.