"Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyinin yenilənmiş proqnozuna əsasən bu il Azərbaycannın ümumi daxili məhsul istehsalı 2,7 % artacaq.
“Report” xəbər verir ki, bu barədə agentliyin hesabatında bildirilib.
Sənədə əsasən, bu, əvvəlki göstərici ilə müqayisədə 0,2 faiz bəndi azdır.
Region ölkələrindən Gürcüstan üzrə iqtisadi artım proqnozunu 2,6 faiz bəndi azaldaraq 3,2 %-ə, Ermənistan üzrə 4 faiz bəndi azaldaraq 1,3 %-ə endirib.
"Rusiya-Ukrayna münaqişəsinin MDB+ regionundakı ölkə balanslarına təsiri müxtəlifdir, çünki neft və qaz istehsalçıları daha yüksək ixrac qiymətlərindən faydalanacaqlar. Ukrayna iqtisadiyyatının müharibə vurduğu zərərin təsiri ilə 35 %, Belarus iqtisadiyyatının isə Rusiya ilə geniş ticarət əlaqələri, sanksiyalar və daha çətin maliyyə şərtləri səbəbindən 10 % daralacağı proqnozlaşdırılır, - "Fitch Ratings" bilıdirir.
Rusiyadan gələn turizm və pul köçürmələri axını ilə birlikdə birbaşa ticarət əlaqələri "Fitch"in qiymətləndirdiyi digər MDB+ dövlətləri (Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Özbəkistan) üçün əsas ötürmə kanalıdır.
"Biz hələ də bütün bu iqtisadiyyatların 2022-ci ildə böyüməsini gözləyirik, lakin əmtəə idxalçıları üçün ən böyük ixtisarlarla proqnozlarımızı 0,2 – 4 % azaltdıq", - hesabatda deyilir.